1 C
Baku
Saturday, December 14, 2024

Rusiyada 100-ə yaxın bank bağlana bilər

Yaxın üç il ərzində Rusiyada 100-ə yaxın bank bağlana bilər. Onların 1/3-i könüllü – Rusiya Mərkəzi Bankının lisenziyanın ləğv edilməsi haqqında qərarı olmadan bazarı tərk edəcək.

Bu barədə “İzvestiya” qəzetinə Analitik Kredit Reytinq Agentliyinin (AKRA) rəhbəri, Rusiya Mərkəzi Bankının sədrinin keçmiş müavini Mixail Suxov deyib.

“Bankların çoxu gəlirliliyini itirir, koronavirus böhranı və faiz endirimi bu tendensiyanı stimullaşdırıb”, – deyə M. Suxov bildirib.

Onun sözlərinə görə, bankların səhmdarları və sahibləri özləri də zərərli bir bankın qoruyub-saxlanmasının perspektivsiz bir işin və lisenziyanı təhvil verməyin daha yaxşı olduğunu anlayırlar ki, ölkədəki belə bankların sayı 30-33 ola bilər. Daha 10 və ya bundan çox təşkilat isə konsolidasiyaya gedəcək. Qalanları isə lisenziyalarını ləğv edəcək.

M. Suxov bütün hallarda bunların bütövlükdə sektorun etibarlılığı üçün problem yarada bilməyən kiçik bankların olacağını vurğulayıb.

Qeyd edək ki, “Ekspert RA” reytinq agentliyinin bu ilin mart ayında verdiyi proqnoza görə, 2020-ci ildə Rusiyada 38 bank bağlana bilər. 2018-ci ildə ölkədə fəaliyyət göstərən 57 bankın lisenziyası geri çağırılıb.

Xatırladaq ki, bu ilin əvvəlinə Rusiyada fəaliyyət göstərən bankların sayı 442-yə bərabər olub. Bu, 2019-cu illə müqayisədə 42 vahid azdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər