Rusiyada bütün VPN protokolları bloklana bilər.
Ekspertlər güman edirlər ki, gələcəkdə VPN-ə qoşulmaq yalnız dövlət qurumlarının təqdim etdiyi xidmətə çevrilə bilər.
Qeyd edək ki, bu ilin fevralın 24-də Ukrayna ilə müharibəyə başlayandan sonra Facebook, İnstagram daxil olmaqla bir sıra sosial şəbəkələr və xəbər saytları Rusiya ərazisində bloklanıb. Əhali ancaq VPN vasitəsilə bloklanmış sosial şəbəkələrə və saytalara daxil ola bilir.