Rusiyanın Elm və Ali Təhsil naziri Valeriy Falkov yeni növ koronavirusa (COVID-19) yoluxub.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
O, V. Falkovun koronavirus infeksiyasına yoluxduğunu, artıq sağalaraq işə çıxdığını qeyd edib.
Qeyd edək ki, V. Falkov Rusiya hökumətində COVID-19-a yoluxan sayca dördüncü nazir olub. Bundan öncə Baş Nazir Mixail Mişustin, Tikinti naziri Vladimir Yakuşev və Mədəniyyət naziri Olqa Lyubimova koronavirusa yoluxublar.