Rusiya Federasiyasında ABŞ valyutasının məzənnəsi 2016-cı ildən bu tərəfə ən yüksək həddə keçib.
Bu barədə Banker.az Kommersant qəzetinə istinadən xəbər verir.
Belə ki, hazırda dünya birjalarında neftin 28 dollar/barel ətrafında fırlanması (Bakı vaxtı ilə saat 11:10) xəbəri ardından Moskva Birjasında dolların məzənnəsi 79 rubl səviyyəsinə yüksəlib.
Bildirək ki, koronavirus pandemiyası səbəbindən dünya iqtisadiyyatında aktivlik azalıb, və bu da neftə təlabatı kəskin azaldıb.