10 C
Baku
Thursday, December 12, 2024
Home Analitika Rusiyada dolların məzənnəsi illik minimuma düşüb

Rusiyada dolların məzənnəsi illik minimuma düşüb

0
Rusiyada dolların məzənnəsi illik minimuma düşüb

Rusiyada ABŞ dollarının birja məzənnəsi düşməkdə davam edir və bu gün səhər 60,95 RUB/USD səviyyəsinə enərək illik minimumu yeniləyib.

Dekabrın 9-na olan məzənnə ilə müqayisədə dollar bu gün 2 rubl və ya 3% ucuzlaşıb.

Qeyd edək ki, dolların ucuzlaşmasında əsas amil bu gün, dekabrın 12-də neftin qiymətinin 5%-ə yaxın bahalaşaraq 57 dollar/barelə çatması olub. Danimarkanın “Nordea” bankının proqnozuna görə, Rusiyanın milli valyutasının möhkəmlənməsinin qarşısını ancaq ölkənin Mərkəzi Bankı ala bilər. Bunun üçün o, ya uçot dərəcəsini azaltmalı və ya valyuta bazarına valyutanın alışı yönümlü müdaxilə etməlidir.

“Report”un analitik qrupu Rusiyada dolların məzənnəsinin 60 RUB/USD səviyyəsindən aşağı  düşəcəyini əsaslı şəkildə istisna edir. Çünki, bu, Rusiyanın ixrac potensialına mənfi təsir göstərə bilər.