27 C
Baku
Saturday, July 27, 2024

Rusiyada Duma prezidentin səlahiyyət müddətinə qoyulan limiti ləğv etmək istəyir

Deputatlar növbədənkənar seçkilərin keçirilməsini, o cümlədən prezidentin səlahiyyət müddətinə qoyulan məhdudiyyətlərin ləğv edilməsi təklifini irəli sürüb.

Banker.az bu barədə xaricə KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, bu gün Dövlət Duması Konstitusiyaya 179 düzəliş paketini qəbul edib. “Yedinaya Rossiya” partiyasının deputatı Valentina Tereşkova prezidentlik müddətinin sayına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını təklif edib.

“Süni konstruksiyalar qurmağa ehtiyac yoxdur, hər şey açıq və dürüst şəkildə görülməlidir. Prezidentin səlahiyyət müddətinə qoyulan məhdudiyyətləri ya ləğv etmək lazımdır, ya da vəziyyət tələb edərsə və ən başlıcası, insanlar bunu istəyərsə yenilənmiş Konstitusiyaya uyğun olaraq prezidentin bu vəzifəyə yenidən seçilməsi təmin edilməlidir”, – Valentina Tereşkova söyləyib.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin bununla bağlı konsultasiyalar keçirilməyin zəruri olduğunu bildirib.

Son xəbərlər
Digər xəbərlər