15 C
Baku
Friday, April 26, 2024

Rusiyada iPhone icarəsi xidməti yaradılıb

“Apple” texnikasının Rusiyadakı rəsmi satıcısı olan “re:Store” şəbəkəsi, “Forward Leasing” şirkətinin əməkdaşlığı ilə iPhone lizinqi xidmətini işə salıb. Bu haqda “Forward Leasing” şirkətinin press-relizinə istinadən “Forbes” məlumat verib.

Qeyd edildiyi kimi, xidmət beş smartfonu icarəyə götürməyə imkan verir: iPhone 11, iPhone 11 Pro, iPhone 11 Max, həmçinin keçənilki modellər – iPhone XS və iPhone XS Max.

64 Gb yaddaşa malik olan iPhone 11 smartfonun icarə haqqı 3940 rubl (106 AZN), iPhone 11 Max modelinin isə 5950 rubl (160 AZN) təşkil edir.

Saytda göstərildiyi kimi, müştəri istənilən vaxt icarəyə götürdüyü smartfonu satın ala bilər. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər