Rusiyada xarici iqtisadi fəaliyyət subyektləri bu gündən valyuta gəlirlərinin 80 %-ni satmalı olacaqlar.
Onların üzərinə bu cür öhdəliyin qoyulmasına dair qərarı Maliyyə Nazirliyi bu gün qəbul edəcək.
Xatırladaq ki, Rusiyaya qarşı Qərb ölkələri tərəfindən tətbiq olunan sanksiyalar fonunda rubl ABŞ dolları və avro qarşısında ucuzlaşmağa davam edir. Hazırda onun ABŞ dolları qarşısında məzənnəsi 109 rubl, avro – 112 rubl həddindədir.