7 C
Baku
Sunday, December 15, 2024

Rusiyada müflis olan vətəndaşların sayı 1 milyonu ötüb

Rusiyada məhkəmə iflas prosedurunun mövcud olduğu səkkiz il ərzində – 2015-ci ilin oktyabrından 2023-cü ilin sentyabrına qədər – məhkəmələr 1.003 milyon vətəndaşı maliyyə cəhətdən müflis elan edib, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

İlin əvvəlindən 249.9 min borclu bu prosedurdan keçib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə fərdi iflasların sayı 28.8% artıb. Hər ay məhkəmələr vasitəsilə 26-30 min insan müflis statusu alsa da, iflas prosedurlarının artım tempi yavaşlayır. Müqayisə üçün: 2020-ci ildə maliyyə cəhətdən müflis olan vətəndaşların sayı 72.6%, 2021-ci ildə – 62%, 2022-ci ildə isə 44.2% artıb.

Xalq Cəbhəsinin “Borcalanların Hüquqları Uğrunda” layihəsinin eksperti Mixail Alekseev deyir ki, yaxın bir-iki ildə iflas üçün müraciətlərin sayının artması təxminən 30% olacaq: “Ağır maliyyə-iqtisadi vəziyyəti, ümumilikdə borc səviyyəsinin və borcalanların sayının artmasını nəzə alsaq, yaxın bir-iki ildə məhkəməyə prosedurları artmağa davam edəcək”, – mesajda deyilir.

Son vaxtlar məhkəmə iflaslarının əsas səbəbi olan koronavirus pandemiyası ilə əlaqədar böhran demək olar ki, təsirini dayandırıb. “İnanıram ki, artım tempi yaxın gələcəkdə də davam edəcək, lakin bir il yarım-iki il ərzində müflis elan edilmiş vətəndaşların aylıq sayı sabitləşəcək”, – o yekunlaşdırır.

Son xəbərlər
Digər xəbərlər