26 C
Baku
Saturday, July 27, 2024

Rusiyada səfərbərlik başlayandan sonra Qazaxıstanda kirayə mənzillərə tələbat 32 dəfə artıb

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra, Qazaxıstanda və digər MDB ölkələrində kirayə mənzillərə tələbat kəskin şəkildə artıb. Məlumata görə, sentyabrın 21-dən 27-dək Qazaxıstanda kirayə mənzillərə tələbat sentyabrın 14-dən 20-dək olan dövrlə müqayisədə 32 dəfə yüksəlib. Analoji vəziyyət Tacikistan (22 dəfə), Qırğızıstan (15 dəfə), Ermənistan (6 dəfə) və Gürcüstan (2.5 dəfə) bazarında müşahidə olunur.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Qazaxıstanda ən çox Astana, Uralsk, Petropavlovsk və Alma-Atada olan mənzillərə tələbat var. Belarusda, bu, Minsk və Vitebsk olub. Rezervasiya üçün ən çox tələb olunan şəhərlər arasında həmçinin Bişkek (Qırğızıstan), Tbilisi (Gürcüstan), İrəvan (Ermənistan) və Xocənd (Tacikistan) yer alıb.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Daha sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu 300 min hərbçinin hərbi xidmətə çağırılacağını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər