12 C
Baku
Tuesday, May 7, 2024

Rusiyada şəkər tozu qıtlığı yaşanır, qiymətlər artıb – VİDEO

Rusiyanın Saratov şəhərində şəkər qıtlığı yaşanır.

Bununla bağlı videolar bir neçə gündür ki, sosial şəbəkələrin Rusiyanın seqmentində yayılır.

Videolardan görünür ki, yüzlərlə sakin şəhər meydanına toplaşaraq növbə ilə yük maşınlarından şəkər almağa çalışır.

“Kommersant” yazır ki, ölkə ərazisində şəkər tozunun qiyməti kəskin artıb. Bəzi yerlərdə 70 rubla satılan bu məhsul digər satış nöqtələrində 100-120 rubla təklif edilir. Qeyd edilir ki, vətəndaşlara 2 kiloqramdan çox şəkər almaq qadağan edilib.

Xatırladaq ki, Ukraynaya hücumundan sonra bir çox ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bir çox məhsulun qıtlığı da məhz iqtisadi vəziyyətin nəticəsi və əhalinin müharibə şəraitindən qorxaraq ərzaq depolaması ilə izah edilir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər