27 C
Baku
Saturday, July 27, 2024

Rusiyada sovet dövrü ali təhsil sisteminə qayıtmaq təklif olunur

Rusiya ali təhsil sistemini dəyişir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasında ali təhsildə ciddi dəyişikliklərin vaxtı çatıb.

Vladimir Putin mütəxəssislərin hazırlanması modelinə qayıtmağı təklif edib.

“Tələbələr 4 ildən 6 ilə qədər təhsil alacaqlar və gələcəkdə onlar magistratura və ya ordinaturada təhsillərini davam etdirə biləcəklər”, deyə Putin qeyd edib .

Prezident vurğulayıb ki, yeni ali təhsil sisteminə keçid rəvan olmalıdır: “Bizə sovet təhsil sistemi ilə müasir təcrübənin sintezi lazımdır. Hazırkı tələbələr köhnə sistemlə təhsillərini davam etdirəcəklər. Bakalavr, mütəxəssis və magistr proqramlarını artıq bitirmiş vətəndaşların diplomlarına baxılmayacaq”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər