25 C
Baku
Friday, June 14, 2024

Rusiyada uçuşlara qoyulan məhdudiyyət yenidən uzadılıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejiminin müddətini iyulun 30-dək uzadıb.

Bu barədə “Rosaviasiya”nın məlumatında deyilir.

Qeyd edək ki, Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar məhdudlaşdırılıb.

Xatırladaq ki, Rusiyanın cənub və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər