Restorançılar və otelçilər Federasiyası, Ticarət və Sənaye Palatası və “Opora Rossii” baş nazir Mixail Mişustinə məktub göndərərək, koronavirusun yayılması ilə əlaqədar olaraq restoran və otellərə dəstək göstərilməsini xahiş edib.
Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.
Məktubda qeyd edildiyi kimi, restoranların dövriyyəsi 30-90%, otellərin dövriyyəsi iisə 50%-dan çox azalıb. Biznes sahibləri bunun Covid-19 koronavirusunun yayılması və onun yayılma təhlükəsi səbəbindən görülən məhdudlaşdırıcı tətbirlərlə əlaqələndirirlər.
Bazar iştirakçıları restoran və otelləri vergidən azad edilməsini, icarə və kommunal xidmətlərə moratoriumun tətbiq edilməsini, habelə yoxlamalarının ləğv edilməsini təklif edirlər.
Biznesmenlərin sözlərinə görə, bu tədbirlər insanlara iş yerlərini itirməməyə kömək edəcək. Qeyd edək ki, Rusiyada fəaliyyət göstərn bir çox restoran və otellər martın 18-dən bağlanmaq variantını nəzərdən keçirirlər.