2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Rusiyadan 410 400 ABŞ dolları dəyərində dəmir yolu şpalı idxal edib.
Banker.az “Report”-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin 11 ayı ərzində Rusiyanın ixrac etdiyi ümumi dəmir yolları şpallarının 5,4%-nə bərabərdir.
Belə ki, hesabat dövründə Rusiya 7,6 mln. dollarlıq dəmir yolu və tramvay xətləri üçün şpallar ixrac edib. Bu isə illik müqayisədə 6% çoxdur.
Ümumilikdə isə Rusiya dəmir yolu və tramvay xətti şpalları ixracı ümumi bu adda məhsul idxalını 144% üstələyir. Bu müddət ərzində həmin adda məhsul 15 ölkəyə ixrac edilib. İxracın əsas həcmləri Qzaxıstana həyata keçirilib ki, bu da ümumi ixracın 51,5%-ni təşkil edib.
Həmçinin, ötən dövr ərzində Ukraynaya (19,7%), Özbəkistana (12,9%), Türkmənistana (3,9%), Tacikistana (1,8%) və Belarusa (1,6%) dəmir yolu şpalı satılıb.
Uzaq xarici ölkələrdən isə Rusiyanın taxta şpallarını İran (0,9%), Latviya (0,6%), Çexiya (0,4%), Litva (0,1%), Türkiyə (0,1%) və Monqolustan (0,05%) idxal ediblər.