22 C
Baku
Sunday, April 28, 2024

Rusiyadan bu ölkələrə uçuşlara COVID məhdudiyyətləri ləğv edilir

Rusiya Federasiyası hökumətinin qərarına əsasən, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana qeyri-müntəzəm və müntəzəm uçuşlara COVID-19-un yayılması səbəbindən tətbiq edilən məhdudiyyətlər aradan qaldırılır.

Banker.az xəbər verir ki, bu barədə “Rosaviasiya”nın açıqlamasında deyilir.

Bundan əvvəl Belarus, Dominikan Respublikası, Misir (Qahirə istisna olmaqla), Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Finlandiya, Çexiya, İsveçrə, Cənubi Koreya və Kubaya uçuşlar üçün tətbiq edilən COVID-19 məhdudiyyətləri də tam aradan qaldırılıb.

Bu ölkələrə uçuşlar indi yalnız hava nəq­liyyatı haqqında hö­kumətlərarası sazişl­ərin müddəaları və ölkələrin aviasiya or­qanları arasında ay­rı-ayrı sazişlər ilə məhdudlaşdırılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər