12 C
Baku
Tuesday, May 7, 2024

Rusiyadan neft və neft məhsullarının sutkalıq ixracı azalıb

Rusiyadan neft və neft məhsullarının sutkalıq ixracı iyun ayında 600 min barel azalaraq 7.3 milyon barel olub.

Məlumatı Beynəlxalq Enerji Agentliyi yayıb.

Bildirilib ki, bu göstərici 2021-ci ilin martından bəri ən aşağı səviyyədir. Məlumata görə, iyun ayında Rusiyanın neft ixracından əldə olunan gəlirlər də 1.5 milyard dollar azalaraq 11.8 milyard dollar təşkil edib. Bu da bir il əvvəl qeydə alınan gəlirlərin yalnız yarısı deməkdir.

Agentlik ehtimal edib ki, Rusiya avqust ayında ixracın sutkada 500 min barel azaldılmasını elan etsə də, daxili bazarda neftə tələbatın mövsümi artımı səbəbindən hasilatı eyni səviyyədə saxlaya bilər.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər