12 C
Baku
Wednesday, December 11, 2024

Rusiyadan xaricə aviabiletlərin qiyməti 4 dəfədən çox ucuzlaşıb

Rusiyadan Türkiyəyə aviabiletlərin qiyməti bu il sentyabrın sonu ilə müqayisədə 7 dəfə, Ermənistana isə 30 dəfə ucuzlaşıb.

Bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

Sentyabrın 26-da Moskvadan İrəvana aviabiletlərin ən sərfəli təklifi adambaşına bir tərəfə 380 min rubl qiymətinə olub. Oktyabrın 26-da bu istiqamətdə biletlərin qiyməti indi birbaşa uçuş üçün bir tərəfə adambaşına 13 min rubldan, baqajlı tariflər isə 15 min rubldan başlayır. Yəni, uçuş 30 dəfə ucuzlaşıb.

İstanbula uçuşun qiyməti isə təxminən 7 dəfə ucuzlaşıb. Sentyabrın sonunda bu istiqamətdə birbaşa uçuşlar üçün biletlər satışa çıxarılmayıb, birbaşa olmayan uçuşların qiyməti adambaşına bir tərəfə 178.5 min rubldan başlayıb. Hazırda Moskva və ya Sankt-Peterburqdan İstanbula oktyabrın 26-sı tarixi üçün aviabiletlərin qiyməti baqajsız 20 min rubldan başlayır. ATOR-un bildirdiyinə görə, baqajla birbaşa uçuş Sankt-Peterburqdan 26 min rubldan, Moskvadan isə 27.6 min rubldan başlayır.

Rusiyadan Daşkənd, Tbilisi və Dubaya biletlər də ucuzlaşıb. Ümumilikdə, assosiasiyanın məlumatına görə, Rusiyadan xaricə uçuşların qiyməti sentyabrın sonu ilə müqayisədə istiqamətdən asılı olaraq 4-10 dəfə ucuzlaşıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər