2 C
Baku
Saturday, December 14, 2024

Rusiyadan xarici valyutanın çıxışına dair məhdudiyyətin müddəti uzadılıb

Rusiya Bankı (Mərkəzi Bank) ölkədən xarici valyutanın çıxarılması ilə bağlı 2022-ci il martın 9-dan tətbiq etdiyi məhdudiyyətlərin müddətini daha 6 ay uzadııb.

Xatırladaq ki, məhdudiyyət xarici valyuta hesablarından 10 min ABŞ dolları və yaxud avrodan çox vəsaitin çıxarılmasına qadağını nəzərdə tutur.

Tənzimləyici qurum hesablardan valyuta çıxarılması zamanı bankların vətəndaşlardan xidmət haqqı almasına dair qadağanın müddətini də uzadıb.

Məhdudiyyətə görə hesablardan 10 min ABŞ dolları və yaxud avrodan çox vəsait rublla çıxarılmalıdır. Hesab açmadan və elektron pul kisələri vasitəsilə valyuta köçürmələri də yalnız milli valyutada həyata keçirilə bilər.

Son xəbərlər
Digər xəbərlər