9 C
Baku
Friday, December 13, 2024

Rusiyalı biznesmen həyat yoldaşı və qızı ilə birlikdə İspaniyada ölü tapılıb

Rusiyanın müstəqil ən böyük qaz şirkəti “Novatek”in keçmiş top meneceri Sergey Protosenya həyat yoldaşı və qızı ilə birlikdə İspaniyada ölü tapılıb.

İspaniyanın hüquq-mühafizə orqanlarının məlumatına görə, Sergey Protosenya və ailə üzvlərinin cansız bədənləri Loret-de-Mar kəndindəki (Jirona əyaləti) evdə aşkar edilib.

Mənbə yazır ki, S.Protosenya 400 milyon avroluq sərvətə sahib olub və adətən Fransada yaşayırmış. Ailə Pasxa bayramını qeyd etmək üçün İspaniyaya gəlib.

Hələlik Rusiyanın Madriddəki səfirliyi hadisəyə dair heç bir şərh verməyib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər