12 C
Baku
Wednesday, December 11, 2024

Rusiyalı milyarderin bu ölkədəki hoteli müsadirə edildi

Çexiyanın Maliyyə Təhlili Departamenti rusiyalı milyarder Vladimir Yevtuşenkovun şirkətlərinin hesablarını bloklayıb və onun Karlovı Varıdakı beşulduzlu “Savoy Westend”  hotelini müsadirə edib.  

Bu barədə CT24 telekanalı məlumat yayıb.

Qeyd olunur ki, iş adamına qarşı iyunun sonunda müəyyən edilmiş Çexiya sanksiyaları bu gündən qüvvəyə minib. Çexiya hökuməti Yevtuşenkovun 100 milyon çex kronu (təxminən 4,59 milyon dollar) və  Karlovı Varıdakı ümumi əmlakı 500 milyon çex kronu (təxminən 23 milyon dollar) dəyərində əmlakına həbs qoyub.

Son xəbərlər
Digər xəbərlər