10 C
Baku
Thursday, December 12, 2024

Rusiyalılar qırğız bankından qızıl kart ala biləcəklər

Rusiyalılar Qırğızıstan Kommersiya Bankından “Visa Gold” kartlarını ala biləcəklər.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, kartı bankın Moskvadakı ofisinə yaxınlaşaraq 17 500 rubl qiymətinə almaq mümkün olacaq. Məbləğə həmçinin illik xidmət haqqı da daxildir (12 min rubl).

Xatırladaq ki, martın 10-dan etibarən “Visa” və “Mastercard” Rusiyada fəaliyyətini dayandırıb. Rusiya banklarının buraxdığı kartlar yalnız ölkə daxilində işləyir. Bunun fonunda Rusiya ilə qonşu olan ölkələrdə xüsusi turlar ortaya çıxmağa başlayıb, hansıki xarici “Visa” və ya “Mastercard” kartını almaq üçün nəzərdə tutulur. Turun qiyməti 20 min rubldan başlayır.

Yanvarın 1-nə olan məlumata görə, Rusiyada 37 xarici bankın, o cümlədən qonşu ölkələrdən üçü: Abxaziyanın “Arma-bank”, Ermənistanın “Unibank” və Qazaxıstanın “Burban”ın nümayəndəliyi fəaliyyət göstərir.

Sanksiyalar xarici banklara ruslar üçün hesab açmağa mane olmasa da, ikincil sanksiyalar riski hələ də qalır. Belə ki, martın sonunda Qazaxıstan Respublikasının Milli Bankı nəzarət edilən banklara qeyri-rezidentlərlə işgüzar münasibətlərin qurulmasına daha diqqətli olmaq tələbi ilə məktub göndərib.

Qırğızıstan Milli Bankı ruslara “Visa” kartlarının verilməsi ilə bağlı risklərə dair sorğuya cavab verməyib. Mərkəzi Bank bildirib ki, tənzimləyici “kart proqramlarını və xarici bankların təkliflərini şərh etmir”. Hüquqşünaslar xəbərdarlıq ediblər ki, təklif olunan sxem həm ruslar, həm də banklar üçün risklər daşıyır.

“Rusiyalılara xarici banklar vasitəsilə kart əldə etməkdə yardım ABŞ və Aİ səlahiyyətliləri tərəfindən sanksiyalardan yayınmağa kömək kimi şərh edilə bilər. Beynəlxalq ödəniş sistemləri belə vəziyyətdə ruslara kart verən xarici bankları “söndürə” bilər.

Son xəbərlər
Digər xəbərlər