10 C
Baku
Friday, December 13, 2024

Rusiyanın ən varlı iş adamlarının sərvəti $16.5 mlrd. artıb – “Bloomberg”

Rusiyanın ən varlı iş adamlarının sərvəti 2023-cü ilin əvvəlindən 16.5 milyard dollar artıb, bunu “Bloomberg Billionaires Index” məlumatları təsdiq edir. İndeksə əsasən, ilin əvvəlindən “Lukoyl”un yaradıcısı Vahid Ələkbərov 4.8 milyard dollar qazanıb, sərvəti 20.2 milyard dollara yüksəlib, “NLMK”nın idarə heyətinin sədri Vladimir Lisinin sərvəti isə 3.22 milyard dollar artıb, sərvəti 23.1 milyard dollara çatıb.

Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

Eyni zamanda, “Evroxim”in keçmiş benefisiarı Andrey Melniçenkonun sərvəti 1.57 milyard dollar azalaraq 11.6 milyard dollara düşüb. Melniçenko həmçinin 2017-ci ilin dekabr ayına qədər dividendlərdən və açıq şirkətlərin səhmlərinin satışından 500 milyon dollardan çox pul qazanıb. Milyarderin pul sərmayələri və şəxsi aktivlərinin dəyəri qismən yerli medianın hesabatlarına və onun nümayəndələrinin təqdim etdiyi rəqəmlərə əsaslanır.

2012-ci ilin mart ayından etibarən xəbər agentliyi planetin 500 ən zəngin adamının maliyyə vəziyyəti haqqında məlumatları özündə əks etdirən “Bloomberg Billionaires Index” reytinqini dərc edir.

Son xəbərlər
Digər xəbərlər