Azərbaycan hökuməti yanında operativ qərargahın təhlükəsizlik tədbirlərinə əsasən, Rusiyanın bəzi şəhərləri ilə hava əlaqəsi dayandırılıb.
TASS-ın xəbərinə görə, bu tədbirlər koronavirusun yayılmasının qarşısını almaq üçün nəzərdə tutulub.
Azərbaycan Hava Yolları tərəfindən Bakı-Ufa-Bakı reysi ilə uçuşlar martın 17-dən etibarən dayandırılır.
Ufa ilə yanaşı, Kazan, Surqut, Mineralnıye Vody, Krasnoyarsk və Yekaterinburqa da uçuşlar ləğv edilib.
©Oxu.az