-1 C
Baku
Sunday, December 15, 2024

Rusiyanın iri poladəritmə şirkəti Aİ-yə tədarükü dayandırıb

Rusiyalı sahibkar və milyarder Aleksey Mordaşova məxsus “Severstal” şirkəti Avropa İttifaqına (Aİ) polad məhsullarının ixracını tam dayandırıb.

Bu barədə “Kommersant” yazır.

Agentliyin digər həmsöhbəti deyib ki, sanksiya siyahısı elan olunan vaxt yolda olan bütün avtomobillər geri qayıdıb.

“Severstal” rəsmiləri şərh verməkdən imtina edərək, şirkətin Avropa həcmlərini Asiya, Cənubi Amerika və Yaxın Şərq də daxil olmaqla digər ixrac istiqamətlərinə yönləndirmək üçün müxtəlif variantları araşdırdığını bildirib.

Şirkətə yaxın mənbə izah edib ki, bir qayda olaraq, Avropa regionuna tədarüklər “qısa” müqavilələr əsasında həyata keçirilirdi, uzunmüddətli müqavilələr olmayıb.

Qeyd edək ki, fevralın 28-də Aİ-nin “qara siyahısı”na bir qrup rusiyalı biznesmen daxil edilib, onların arasında “Severstal”ın sahibi Aleksey Mordaşov da var.

2021-ci ilin sonunda “Severstal”ın gəlirlərinin təxminən 47%-i ixrac bazarlarına satışdan əldə edilib (30%-dən çoxu Avropa bazarına).

Son xəbərlər
Digər xəbərlər