10 C
Baku
Thursday, December 12, 2024

Rusiyanın məhdudiyyətləri nəticəsində Ukrayna Azərbaycana ixracının 53%-ni itirib

Rusiya tərəfinin məhdudlaşdırıcı tədbirləri genişləndirməsi Ukrayna mallarının bu ölkə üzərindən ixracına ciddi ziyan vuracaq.

RİA “Novosti” agentliyi xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat nazirinin müavini Natalya Mikolskaya deyib.

O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı qərara əsasən, bu ölkənin ərazisindən tranzit olaraq keçən Ukrayna mallarına qarşı məhdudlaşdırıcı tədbirlərin siyahısı genişlənib.

“Ukrayna mallarının 98%-i Rusiya üzərindən Qazaxıstana gedir. Pul ekvivalentində söhbət il ərzində 682 milyon dollardan gedir. Rusiyadan tranzit keçməklə mallarımızın 93,9%-i Qırğız Respublikasına ixrac olunur. Bu isə pul ekvivalentində 70 milyon dollar edir”, – deyə nazir müavini qeyd edib.

O əlavə edib ki, cari ilin I rübündə Rusiya tərəfinin məhdudlaşdırıcı tədbirləri nəticəsində Ukrayna Qazaxıstana ixracın 47,9%-ni, Qırğız Respublikasına 70%-ni, Azərbaycana 53%-ni, Türkmənistana 44%-ni, Özbəkistana 35%-ni, Tacikistana 53%-ni itirib.

—APA

Son xəbərlər
Digər xəbərlər