9 C
Baku
Sunday, April 14, 2024

Rusiyanın “Mir” ödəniş sisteminə aid kartlar Qırğızıstanda işləməyəcək

Aprelin 5-dən Qırğızıstan ərazisində Rusiyanın “Mir” ödəniş sisteminə aid kartlar deaktiv ediləcək.

Bu barədə qərarı “Banklararası Ödəniş Mərkəzi” QSC gələcək sanksiyaların qarşısını almaq məqsədilə verib. Nəticədə göstərilən tarixdən etibarən kartlara texniki xidmət, pul köçürülməsi və bütün növ elektron ödənişlər qadağan olunacaq.

O da bildirilib ki, Rusiyanın “Milli Ödəniş Kartları Sistemi” Səhmdar Cəmiyyəti dəyişikliklə bağlı məlumatlandırılıb.

Qeyd edək ki, Ermənistan hökuməti sözügedən hüquqi addımı martın 30-dan etibarən tətbiq etməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər