6 C
Baku
Sunday, December 15, 2024

Rusiyanın Moldovadakı səfiri XİN-ə çağırılıb

Rusiyanın Ukraynanın enerji sektoruna endirdiyi raket zərbələri nəticəsində Moldovanın demək olar ki, 90 faizi işıqsız qalıb. Buna görə də Rusiyanın Moldovadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Moldovanın xarici işlər naziri Nika Popesku “BBC Newshour”a müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, noyabrın 24-də Moldovada trolleybuslar dayanıb, işıqforlar və su təchizatı kəsilib.

“Biz ənənəvi olaraq Ukrayna və Rumıniyadan elektrik idxal edirik. Son bir ay yarımda fasilələr olub, lakin bu dəfə işıqların kəsilməsi daha pisdir”, – deyə Popesku vurğulayıb.

XİN rəhbəri bildirib ki, Rusiya Moldovaya da zərər vermək üçün qəsdən Ukraynaya hücum edib. Eyni zamanda, o, Moldovada humanitar böhranın olduğunu etiraf edir, çünki bəzi vətəndaşlar elektrik və qaz problemlərinə görə Avropa İttifaqı ölkələrinə gedə bilərlər.

Kütləvi işıqların kəsilməsi ilə əlaqədar Moldova Xarici İşlər Nazirliyi Rusiya səfiri Oleq Vasnetsovu çağırıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər