Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi ABŞ-nin “Apple” korporasiyasının mobil cihazlarının xidməti məqsədlər üçün istifadəsini yasaqlayıb.
Bunu nazir Maksut Şadayev “Rəqəmsal təkamül” forumunun kuluarlarında jurnalistlərə deyib.
“İşgüzar tətbiqlərə daxil olmaq və işgüzar yazışmalarına giriş üçün mobil cihazlardan, o cümlədən smartfon və planşetlərdən istifadəyə qadağa qüvvəyə minir. Əlavə məhdudiyyətlər tətbiq edilmir”, – nazir bildirib.
Onun sözlərinə görə, “iPhone” şəxsi məqsədlər üçün istifadə edilə bilər, lakin iş poçtuna və sənəd dövriyyəsinə daxil olmaq üçün “Apple” avadanlıqlarından istifadə etmək yasaqdır.
“Android” sistemində telefondan istifadə etmək mümkün deyilsə, o zaman o, poçt və sənəd dövriyyəsinə daxil olmaq üçün kompüter avadanlıqlarından istifadə etməli olacaq”, – Şadayev əlavə edib.