19 C
Baku
Tuesday, May 28, 2024

Rusiyanın Türkiyə ilə ticarət həcmi 2025-ci ilə qədər $60 milyarda çatacaq

Rusiya İqtisadi İnkişaf nazirinin müavini Vladimir İliçyev bildirib ki, Rusiya ilə Türkiyə arasında ticarət həcmi 2025-ci ilə qədər 60 milyard dollara çata bilər.

Banker.az xəbər verir ki, İliçyev bu barədə “Made in Russia” adlı forumda danışıb.

Nazir müavini Rusiya-Türkiyə ticarət həcmi barədə belə deyib: “Proqnozlarımıza görə, ölkələrimiz arasındakı ticarət həcmi 2025-ci ilə qədər 60 milyard dollara, Azov-Qara dəniz hövzəsindəki yük həcmi isə ildə təxminən 250 milyon tona çatacaq”.

2022-ci ilin ilk 9 ayında iki ölkə arasında ticarət həcminin əvvəlki ilə nisbətən iki dəfə artdığını vurğulayan İliçyev, ikitərəfli ticarətdə ən çox yer tutan məhsulların neft, təbii qaz, kömür, benzin kimi enerji sektoru məhsulları olduğunu qeyd edib.

Türkiyəyə qeyri-xammal məhsulların ixracının 19% artdığını bildirən İliçyev əlavə edib ki, Rusiyadan Türkiyəyə metallurgiya sənayesi, kimya sənayesi və sənaye emalı (taxta, sellüloza, plastik, rezin) məhsullarının tədarükündə artım var.

Son xəbərlər
 ⁠
Digər xəbərlər