13 C
Baku
Tuesday, May 21, 2024

Rusiyanın yeni xarici siyasət konsepsiyasının detalları açıqlanıb

Rusiyanın yenilənmiş xarici siyasət konsepsiyasında Qərbin beynəlxalq həyatın çərçivəsinin formalaşdırılması üzərində inhisarına son qoyulmasının zəruriliyinə diqqət yetiriləcək. Çərçivə Qərbin eqoist maraqları ilə deyil, ədalətli maraqlar balansı əsasında müəyyən edilməlidir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında “Hökumət saatı”nda çıxışında bildirib.

“Yenilənmiş xarici siyasət konsepsiyamızda Qərbin beynəlxalq həyatın çərçivəsinin formalaşmasında inhisarına son qoymağın zəruriliyindən söhbət gedəcək. Çərçivə bundan sonra onun eqoist maraqları ilə deyil, kifayət qədər ədalətli universal maraqlar əsasında müəyyən edilməlidir, hansı ki, bunu bütün dövlətlərin suveren bərabərliyi prinsipi maraqlarının qorunmasını təsbit edən BMT Nizamnaməsinin tələb edir”, – Rusiya XİN başçısı vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər