19 C
Baku
Sunday, May 19, 2024

Rusiyaya İran raketlərinin tədarükü ilə bağlı razılıq əldə oluna bilər

Rusiyaya İran raketlərinin tədarükü ilə bağlı yaxın zamanda razılıq əldə oluna bilər.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının bu qəbildən olan razılaşmaları imzalamağı İrana qadağan edən 2231 saylı qətnaməsinin müddəti 18 oktyabrda başa çatacaq.

Ukrayna və İsrail kəşfiyyatının məlumatlarına əsasən, Rusiya İrandan “Fateh-110” və “Zolfaghar” ballistik raketlərini almağa çalışır. Bu raketlərin hər biri 300 kilometr və ya daha çox məsafə qət edə bilir.

Mənbəapa
Son xəbərlər
 ⁠
Digər xəbərlər