İrandan Rusiya Federasiyası ərazisinə gətirilən pomidorlarda qəhvəyi qırış virusu (Tomato brown rugose fruit virus – ToBRFV) aşkar edilib.
Qurum tərəfindən beynəlxalq və Rusiya fitosanitar tələblərinin pozulması barədə İran tərəfinə bildiriş göndəriləcək. İranın Kənd Təsərrüfatı nazirliyi faktla bağlı dərhal rəsmi araşdırma aparacağını və təcili tədbirlər görəcəyini bildirib.
“Rosselxoznadzor” bu məhsulların İrandan idxalına müvəqqəti məhdudiyyət qoymaq hüququnu özündə saxladığını açıqlayıb.