7 C
Baku
Saturday, March 2, 2024

Rusiyaya paralel idxalla gətirilən BMW və “Mercedes-Benz”lər bloklanır

Paralel idxal sxemi ilə Rusiyaya gətirilən BMW və “Mercedes-Benz” markalı avtomobillərin sahiblərinin problem yaşaya biləcəyi məlum olub.

Bundan əlavə, “Renault” sahibləri də çətinliklərlə üzləşə bilərlər.

Belə ki, rəsmi dilerlər bəyan ediblər ki, ötən il onları rəsmi proqram təminatından ayırmağa başlayıblar. Nəticədə, diaqnostika zamanı problemlər yaranıb. Amma avtomobillərlə bağlı hələlik qlobal problem yoxdur. Proqram təminatının Rusiyaya uyğunlaşdırılması zamanı, eləcə də proqram təminatının müstəqil şəkildə yenilənməsi cəhdi zamanı isə çətinliklər yaranır.

Bəzi mütəxəssislərin fikrincə, paralel idxal yolu ilə gətirilən bütün avtomobillər Rusiyaya uyğunlaşdırılıb və onlarla bağlı heç bir problem olmayacaq.

Son xəbərlər
Digər xəbərlər