18 C
Baku
Çərşənbə, May 25, 2022

Rusiyaya pul köçürmə imkanı 

Rusiyaya pul köçürmə imkanı 

Bir müddət əvvəl ödəniş sistemləri ilə bağlı yazdığım məqalə Rusiyaya səfər edən vətəndaşlarımıza kömək etdi. Lakin dostlardan gələn zənglərin və sorğuların nəticəsində aydın oldu ki, məsələ hələ də aktualdır və yerli televiziya kanallarından birinə verdiyim açıqlama bəzi suallara cavab versə də təəssüf ki, bütün ölkəni əhatə edə bilmədi. 

Hər zaman olduğu kimi bəzi banklar müştərilərin suallarına cavab verə bilmədiyi üçün bu suallara biz cavab verəcəyik.

Rusiyanın plastik kartına pul köçürmək mümkündür?

Baxmayaraq ki, VISA, Mastercard və American Express ödəniş sistemləri Rusiyadakı fəaliyyətlərini dayandırdıqlarını bəyan ediblər, amma həmin kartların Rusiya ərazisində müddəti bitənə qədər işləyəcək. Bu zaman sual yaranır, bəs bu kartlara Azərbaycandan pul göndərmək olur?  

Bəli, olur. Rusiyanın istənilən VISA, MasterCard və digər 16 rəqəmli plastik kartına dәrhal pul vәsaiti göndərmək istəyirsinizsə, “Contact” sürətli pul köçürmə vasitəsi ilə bunu edə bilərsiniz. Köçürməni həyata keçirmək üçün sizə sadəcə pul göndərilən kartın nömrəsini bilmək kifayətdir. Pulun göndərilməsi və qəbulu proseduru son dərəcə rahat, həmçinin sadədir. Bunun üçün sadəcə “Contact” sürətli pul köçürməsi olan bankların müştəri xidmətinə yaxınlaşıb, bu xidmətdən yararlanmaq istədiyinizi bildirin. Komissiya 1% təşkil edəcək. Xüsusi olaraq qeyd edək ki, göndərilən vəsait rubl ilə olmalıdır.

Təəssüflər olsun ki, bir çox banklar bu kimi məlumatları bilmir. Buna görə də müştəriyə “olmur” və ya “sistem işləmir” kimi cavabı verilir. Bu cavabı eşitdiyiniz halda başqa banka üz tutun, həmin bank artıq müştərini itirmiş olacaq. Qeyd etdiyim prosesi həyata keçirən və daxili kommunikasiyasını düzgün quran bank bu zaman yeni müştəri qazanmış olacaq. Onu da bildirim ki, hazırda Azərbaycanda fəaliyyət göstərən bankların 18-də sürətli pul köçürmə var və birbaşa karta pul göndərmə xidməti artıq 7 ildir ki, aktivdir. Şəxsi təcrübəmdən deyə bilərəm ki, düzgün kommunikasiyanın qurulması müştəri məmnuniyyətini təmin edir.

Əlavə yaranan sual: Bu sistem vasitəsi ilə Rusiyaya və ya Rusiyadan Azərbaycana pul göndərmək imkan varmı? 

Bəli, eyni qaydada Rusiyanın istənilən şəhərinə siz həmin sürətli pul köçürmə vasitəsi ilə ölkəmizdən pul göndərə bilərsiniz. Komissiya 0.8% təşkil edəcək. Eyni prinsiplə Azərbaycana pul göndərmək olar. Rubl göndərilərsə, komissiya 1% təşkil edəcək, digər valyutalarda olarsa, komissiya 0% təşkil edəcək, sadəcə məzənnə fərqi ödənilir. Mövcud vəziyyətdə Rusiyada ayrı-ayrı banklar fərqli məzənnə təklif edir. Əldə etdiyim məlumata görə, “Contact” sürətli pul köçürmə komandası Rusiyanın Mərkəzi Bankının məzənnəsinə ən yaxın kurs təklif etmək üçün sistem üzərində işləyir. Təklif bu həftədən qüvvəyə minir. Nəticə etibari ilə “Contact” sürətli pul köçürməsi vətəndaşlar üçün daha sərfəli olacaq. 

Vacib olan bir digər məlumat odur ki, xüsusi iki bank var ki, mobil əlavələri vasitəsi ilə siz vəsaiti evdən çıxmadan göndərə bilərsiniz, həm də komissiya 0.5% təşkil edir. Bunun üçün sadəcə mobil əlavəyə daxil olub sürətli pul köçürmə bölməsində “Contact” işarəsini axtarırsınız, varsa deməli, siz həmin banklardan birinin müştərisisiniz və rahatlıqla xidmətdən yararlana bilərsiniz. Mobil tətbiqlər vasitəsilə aşağı tariflər ölkədə rəqəmsal bankçılıq xidmətlərinin inkişafına təkan kimi təqdim olunur. Aksiyanın müddəti: 1 aprel – 30 iyun 2022-ci il.

Rusiyada olan tələbələr, qohumlar və dostlarımız maddi çətinliklərlə üzləşirlər. Banklar isə mövcud vəziyyətdə əməliyyat gəlirləri sahəsində bazar payını və əlavə gəlir imkanlarını itirirlər. Ona görə tövsiyə olunur ki, bank rəhbərləri Marketinqi təyinatı üzrə işlətsinlər və ya işləmək imkanı yaratsınlar. Eyni zamanda bankın xidmətləri haqqında kütləvi informasiya vasitələrində məlumatların yayımlanmasında maraqlı olsunlar.

Görünən odur ki, bir zamanlar bazar payı az olan sürətli pul köçürmə prosesi bu gün bazarın ən böyük oyunçusuna çevrilə bilər.

Oruc İbrahimov- Biznes konsultant

Son xəbərlər
Oxşar xəbərlər