26 C
Baku
Saturday, July 27, 2024

Rüstəmov keçmişdə olan “xarici şokları” xatırlatdı

2014-cü ilin sonlarından başlayaraq xarici şok, neftin qiymətinin əhəmiyyətli şəkildə aşağı düşməsi makroiqtisadi sferada bir sıra çağırışlar formalaşdıb.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bank sədri Elman Rüstəmov bu gün keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018” adlı tədbirdə çıxışı zamanı bildirib.

“Həyata keçirilmiş makroiqtisadi manevr 2015-ci ildən başlayaraq ölkədə iqtisadiyyatın sabitləşməsinə imkan verdi. Manevr nəticəsində neft gəlirlərindən istifadə səviyyəsi optimallaşdırıldı, məzənnə korreksiyası və adekvat monetar siyasət həyata keçirildi. Nəticədə milli iqtisadiyyatın daxili və xarici tarazlığı bərpa olundu, ölkənin strateji valyuta ehtiyatlarına əhəmiyyətli qənaət edildi, 2017-ci ildə tədiyyə balansında profisit yarandı, milli valyutanın məzənnəsinin iri tarazlıq səviyyəsi formalaşdı, inflyasiya aşağı düşdü və iqtisadiyyatın bərpasına nail olundu. 2017-ci ildən formalaşan makroiqtisadi sabitlik 2018-ci ildə də davam etməkdədir”.

Son xəbərlər
Digər xəbərlər