33 C
Baku
Monday, June 17, 2024

Ryanair Brexit-dən sonra Böyük Britaniyadan uçuşlar üçün lisenziya aldı

Avropanın loukoster (aşağı qiymətli) aviaşirkəti olan Ryanair, Brexit-dən sonra Böyük Britaniyanın mülki aviasiyasının idarə edilməsi üçün lisenziya alıb.

Banker.az RBK-ya istinadla xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Lisenziya 29 mart tarixindən etibarən, Böyük Britaniya daxilində və eyni zamanda, ingilis hava limanlarından beynəlxalq uçuşların həyata keçirilməsi üçün şirkətə icazə verilməsini nəzərdə tutur.

Aviaşirkətin baş meneceri Julius Komorek, Ryanair şirkətinin bu qərarı alqışladığını bildirmişdir.

Böyük Britaniya hökuməti 2016-cı ilin iyun ayında keçirilmiş referendum əsasında Avropa İttifaqından çıxmağa qərar verib. Ölkə bu birliyi 29 mart 2019-cu ilədək tərk etməlidir.

2018-ci ilin noyabr ayının ortalarında London və Brüssel, Brexit-dən sonrakı keçid dövründə İngiltərənin Avropa İttifaqının(Aİ) gömrük ərazisində qalacağı və üçüncü ölkələrlə ticarət əlaqələri qura bilməyəcəyi barədə razılığa gəlmişlər. Bundan əlavə, London ümumavropa qanunları üzərindəki işlərə qatılmayacaq. Britaniya Parlamenti, gözlənildiyi kimi, 14 yanvar tarixindən etibarən bir həftə ərzində İngiltərənin Aİ-dən çıxması şərtlərini müəyyən edən sənədə səs verəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər