15 C
Baku
Wednesday, April 24, 2024

“Ryanair”in rəhbəri ucuz aviabiletlər dövrünün bitdiyini açıqladı

İrlandiya loukosteri “Ryanair” Avropa reyslərinə biletləri çox ucuz qiymətə (1 avrodan 10 avroya qədər) almaq mümkün olan məşhur aksiyaları ləğv edəcək. Bu barədə “BBC”yə müsahibəsində aviadaşıyıcının icraçı direktoru Maykl O’Liri məlumat verib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Onun sözlərinə görə, bu, təyyarə yanacağının qiymətinin sürətlə artması ilə əlaqədar məcburi tədbirdir. Şirkət həmçinin standart gediş haqqının qiymətini qaldırmağa məcbur olacaq. Beləliklə, yaxın beş il ərzində “Ryanair” ilə uçuşun orta qiyməti indiki 40 avrodan təxminən 50 avroya qədər artacaq.

“Şübhə yoxdur ki, bütün loukosterlər arasında biz ən ucuz tariflər təklif edirik – 1, 0.99 və ya 9.99 avro. Düşünmürəm ki, yaxın bir neçə ildə daha belə qiymətlər görməyəcəksiniz”, – deyə Maykl O’Liri söyləyib.

Eyni zamanda, o, əmindir ki, aksiyaların ləğvi sərnişin axınının azalmasına səbəb olmayacaq: inflyasiyanın ümumi artımı fonunda insanlar daha ucuz səyahət variantları axtaracaqlar, bu isə loukosterlərin yeni müştərilər alacağı deməkdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər