16 C
Baku
Monday, May 20, 2024

“Səba” ASC-nin İdarə Heyətinin sədri dəyişdi – Səhmdarlardan qərar!

Səba” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri dəyişdirilib.

Banker.az xəbər verir ki, səhmdarların qərarı ilə Faiq Hüseynov Hümbət oğlu İdarə Heyətinin sədri təyin edilib.

O, bu vəzifədə 2021-ci ilin aprelindən 2023-cü ilin mayına qədər Naib Abayev Qəhrəman oğlu idi. N.Abayev bildiyimiz kimi digər qida şirkəti “SAB”a (Zəhmət-Ruzi” MMC-yə) baş icraçı direktorun müavini kimi gedib.

Faiq Hüseynov vəzifəsinin icrasına 2023-cü ilin mayından başlayır. O, 2022-ci ilin noyabrından “Səba”nın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı idi. 2021-ci ildə “Səba”nın komandasına qoşulub.

Buna qədər “Deloitte Azerbaijan” audit şirkətində və idman yarışları üzrə əməliyyat şirkətlərində çalışıb.

Xatırladaq ki, “Səba” ASC 1997-ci ilin dekabrında təsis edilib. Şirkətin nizamnamə kapitalı son hesablamalara görə, 4 790 592 manat təşkil edir. Cəmiyyətin səhmlərinin 37.3%-i Hidayət Quliyevə, yenə də 37.3%-i “Baku Investment Company” MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə, 0.4%-i isə digər 11 fiziki şəxsə məxsusdur.

Aqrar şirkətin kurasiyasına “Biləsuvar Aqro” MMC, “Qarabağ Taxıl” MMC və “Qarabağ Toxum” MMC də daxildir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər