17 C
Baku
Saturday, April 13, 2024

Səfir: “Azərbaycan və Rusiya arasında tədarük həcminin artırılması planlaşdırılır”

“Bu ilin ilk iki ayı ərzində Azərbaycandan Rusiyaya tədarük həcmi 38% artıb və 123 milyon ABŞ dolları təşkil edib”.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

O, Azərbaycanın Rusiyaya meyvə-tərəvəz tədarük etməkdə maraqlı olduğunu bildirib və Rusiyanın Azərbaycandan pomidor tədarükünə tətbiq edilən məhdudiyyətləri tamamilə aradan qaldırdığını xatırladıb.

“Məhdudiyyətlər sanksiyalar səbəbindən müvəqqəti xarakter daşıyır. Fikrimcə, onlar bir neçə aydan sonra aradan qaldırılacaq”, – diplomat vurğulayıb.

Səfir “Aqroekspress” layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya məhsul tədarükünün davam etdirildiyini diqqətə çatdırıb.

“Bundan başqa, Azərbaycandan Rusiyaya, eləcə də əks istiqamətdə dəmir və avtomobil yollarında yük daşınmasının buraxılış qabiliyyətinin, habelə Azərbaycan və Rusiya arasında tədarük həcmlərinin artırılması planlaşdırılır”, – səfir bildirib.

Onun sözlərinə görə, hazırda buraxılış qabiliyyətinin artırılması istiqamətində danışıqlar aparılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər