17 C
Baku
Friday, May 24, 2024

Səfirlik insanları saxta yolla Gürcüstandan Azərbaycana keçirmək istəyənlərə xəbərdarlıq edib

Azərbaycanın Gürcüstandakı Səfirliyi Azərbaycan vətəndaşlarına və Gürcüstandakı soydaşlarımıza müraciət edib.

Müraciətdə Azərbaycana səfər etmək istəyən, həmçinin, səfirliyin xidmətlərindən yararlanmaq istəyən vətəndaşlara onları sənədlərin saxtalaşdırılması yolu ilə Azərbaycana getmələrini təmin edəcəyini vəd verən işbazlar barədə Səfirliyə məlumat verməyi xahiş edib.

Almaniya XİN rəhbəri Rusiyanı zorakılıqdan çəkindirməyin yollarını axtarırBu gün İtaliyada prezident seçkiləri başlayır80 il əvvəl Egey dənizində batan İtaliyanın sualtı qayığı tapılıb

“Hörmətli vətəndaşlar və soydaşlar,

Məlum olduğu kimi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında 2020-ci ilin mart ayının 14-dən etibarən qarşılıqlı razılaşmaya əsasən sərhədlər müvəqqəti olaraq bağlanmışdır.

2020-ci ilin mart ayından etibarən Səfirliyin vasitəsilə minlərlə vətəndaş və soydaşımızın Gürcüstandan Azərbaycan Respublikasına təxliyəsi həyata keçirilmişdir.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq Qərarına uyğun olaraq, hal-hazırda hava yolu ilə Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, Gürcüstan vətəndaşları da aşağıda qeyd olunan hallarda Azərbaycan Respublikasına səfər edə bilər:

– valideynlərindən biri, qardaşı, bacısı, həyat yoldaşı, övladı, babası, nənəsi və ya nəvələri Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilər;

– o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları);

– Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər, həmçinin sözügedən sərnişinlərin ailə üzvləri (valideynləri, əri, arvadı və ya 18 yaşınadək uşaqlar).

Səfirlik vətəndaşlara və soydaşlara müraciət edir!!!

Səfirliyə daxil olan məlumatlara əsasən, son vaxtlar Kvemo Kartli regionunda fəaliyyət göstərən bir sıra işbazlar tərəfindən soydaşlarımızdan (Gürcüstan vətəndaşlarından) qeyri-qanuni olaraq müxtəlif məbləğlərdə vəsait mənimsəməklə və xüsusən də sənədlərin saxtalaşdırılması yolu ilə Azərbaycan Respublikasına getmələrinin təmin olunacağı vəd olunur.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasına getmək üçün və ya Səfirlikdə həyata keçirilən hər-hansı bir xidməti fəaliyyətlə bağlı vətəndaşlarımızdan və ya soydaşlarımızdan maliyyə vəsaiti (pul) tələb olunubsa xahiş olunur Səfirliyə dərhal məlumat verəsiniz.

Diqqətinizə çatdırılır ki, vətəndaşlarımızın və Gürcüstandakı soydaşlarımızın rifahı üçün çalışan Səfirliyin fəaliyyətinə ləkə salmağa çalışan şəxslərlə bağlı Gürcüstanın hüquq-mühafizə orqanlarına məlumat veriləcək və onlar ölkə qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar!!!

Səfirliyin əlaqə nömrələri:

+995-32-224-30-04 – (şəhər nömrəsi).

+995-577-00-00-38 – (24 saat fəaliyyət göstərən mobil “Qaynar Xətt” nömrəsi).

Elektron poçt ünvanı: [email protected]”, – müraciətdə bildirilib.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər