22 C
Baku
Monday, May 27, 2024

Sənaye parkında ₼59 milyonluq investisiya layihəsinə də rezidentlik hüququ verildi

“Azpal” QSC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X.com-da (tvitter) bildirib.

Bununla da rezidentlərin sayı 37-yə çatıb.

Şirkət tərəfindən Sənaye Parkının ərazisində investisiya həcmi 58.9 mln. manat olan texniki (metallurji) silisium istehsalı müəssisəsi yaradılacaq və 160 nəfər işlə təmin ediləcək.

Xatırladaq ki, “Azpal” QSC 2017-ci ildə təsis edilib. 2000 manat nizamnamə kapitalı var. Şirkətin direktoru Fəxri Mirzə-Zadə Xəyyam oğludur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər