13 C
Baku
Monday, May 20, 2024

“Sərhədləri açsaq, iqtisadi əlaqələr inkişaf edəcək” – Mirzoyan

Sərhədləri açsaq, iqtisadi əlaqələr inkişaf edəcək”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin “TRT World” telekanalına müsahibəsində bildirib.

O, Ermənistan-Türkiyə münasibətlərinə toxunaraq deyib ki, hazırda nizamlanma prosesi gedir: “Biz xüsusi nümayəndələr təyin etmişik, onlar fəal müzakirələr aparıblar, nazirlər səviyyəsində görüşlər olub, Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında söhbətlər olub. Çox işlər görülüb, çox şeylər müzakirə olunur, bəzi məsələlərdə razılığa gəlmişik, lakin onlar hələ də həyata keçirilməyib. Məsələn, üçüncü ölkə vətəndaşları, Ermənistan və Türkiyə vətəndaşları üçün sərhədlərin açılması. Bu, razılaşdırılıb, lakin təəssüf ki, hələ də həyata keçirilməyib. Ümid edirik ki, bu, tezliklə baş verəcək. Bizim razılaşdığımız digər etimad quruculuğu tədbirləri də var, məsələn, tarixi Ani körpüsünün bərpası”.

Mirzoyanın sözlərinə görə, ölkələr arasında sərhədin açılması ilə ticarət əlaqələrinin inkişafı arasında birbaşa əlaqə var: “Hansının digərinə daha çox təsir edəcəyini müzakirə etmək olar, amma inanıram ki, sərhədi açsaq, biznes əlaqələri öz-özünə inkişaf edəcək. Mənim təəssüratım belədir ki, bizdə hər iki tərəfdən siyasi iradə var və biz son addımları atsaq, sərhədləri açsaq, o zaman iqtisadi əlaqələr inkişaf edəcək və öz yolunu tapacaq”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər