18 C
Baku
Thursday, April 25, 2024

Səudiyyə Ərəbistanı İrana səfir təyin edib

Səudiyyə Ərəbistanı Tehrana səfir təyin edib.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, İran tərəfi də tezliklə Ər-Riyaddakı diplomatik nümayəndəsi barədə məlumatı açıqlayacaq:

“Həmkarlarım artıq bir neçə həftədir ki, Səudiyyə Ərəbistanında səfirliyimizin və baş konsulluğumuzun açılmasına hazırlıq üzərində işləyirlər. Məndə olan məlumata görə yaxın günlərdə işlər yekunlaşacaq”, – İran XİN rəhbəri əlavə edib.

Xatırladaq ki, hər iki ölkə nümayəndələri Pekində bir neçə gün danışıqlar aparıb, nəticədə üçtərəfli bəyanat imzalanıb. 10 mart tarixində isə İran və Səudiyyə Ərəbistanı iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər