28 C
Baku
Saturday, July 27, 2024

Səudiyyə Ərəbistanı neftin ucuzlaşmasına rəğmən mövcud hasilat həcmini saxlamaq niyyətindədir

Səudiyyə Ərəbistanı neftin qiymətinin azalmasına baxmayaraq, hasilatın həcmini mövcud olan səviyyədə saxlamağı planlaşdırır.

Bu barədə “Financial Times” mənbəyə istinadən xəbər verir.

“Səudiyyə Ərəbistanının planları ilə tanış olan beş nəfər Brent markalı xam neftinin son bir həftə ərzində 10%-dən çox ucuzlaşması rəsmi Ər-Riyadın narahatlığına səbəb olduğunu, lakin çaxnaşmanın yaratmadığını bildirib”, – məlumatda deyilir.

Mənbələrdən birinin sözlərinə görə, Səudiyyə Ərəbistanı heç bir problem görmür və neft hasilatının azaldılmasını artırmaq fikrində deyil, çünki neft bazarındakı bu cür dinamikalar “əhval-ruhiyyə” ilə əlaqəlidir.

Mənbələrin sözlərinə görə, Səudiyyə Ərəbistanı fond bazarlarının azalması və dolların möhkəmlənməsi səbəbindən neft bazarında satışın artması fikrini dəstəkləyir.

Xatırladaq ki, aprel ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

Son xəbərlər
Digər xəbərlər