2 C
Baku
Saturday, March 2, 2024

Səudiyyə Ərəbistanı Sudana 100 mln. dollar humanitar yardım ayıracaq

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud ordu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında toqquşmaların davam etdiyi Sudana 100 milyon dollarlıq humanitar yardım sifariş edib.

Bu barədə TASS məlumat yayıb.

Təşəbbüsün həyata keçirilməsi Humanitar Yardım və Humanitar Əməliyyatlar Mərkəzinə həvalə olunub.

İlk növbədə döyüşlər səbəbindən evlərini tərk etmiş məcburi köçkünlərin ehtiyaclarının ödənilməsinə başlanılacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər