12 C
Baku
Cümə, Dekabr 3, 2021

Səudiyyə Ərəbistanında “Saudi Aramco”dan sonra ən böyük IPO keçəcək

Səudiyyə Ərəbistanında bazar ertəsi günü “Saudi Aramco” şirkətindən sonra ən böyük IPO keçəcək: bərpa olunan enerji layihələrinin aparıcı operatorlarından biri “ACWA Power International” birjaya çıxacaq.

Banker.az xəbər verir ki, listinq zamanı “ACWA” 1.2 milyard dollar investisiya cəlb etməyi planlaşdırır. O, birjada biri 56 rial (14.9 ABŞ dolları) qiymətinə 81.2 milyon səhm yerləşdirir ki, bu da ümumi payın 11.1 faizi təşkil edir. Şirkətin kapitallaşmasının 10.9 milyard dollara artacağı gözlənilir.

“Aramco”dan fərqli olaraq, “ACWA” Səudiyyə Ərəbistanının iqtisadiyyatını şaxələndirmək və neftdən tədricən imtina etmək planları üçün vacib layihələrlə çıxış edir.

Xatırladaq ki, “Saudi Aramco” birjaya 2019-cu ilin dekabrında çıxıb. IPO zamanı şirkət Çinin “Alibaba” şirkətindən 2014-cü ildə qoyduğu rekordu qıraraq 25.6 milyard dollar toplayıb.

Son xəbərlər
Oxşar xəbərlər
X