22 C
Baku
Thursday, September 29, 2022

Səudiyyə “Boeing 737 MAX” almaqdan imtina etdi

Səudiyyə Ərəbistanının “Flyadeal” Hava Yolu şirkəti “Boeing 737 MAX” təyyarələrini almaqdan imtina edərək, seçimini “Airbus” təyyarələrinin xeyrinə edib. Bu barədə məlumatı Bloomberg agentliyi yayıb.

Qeyd olunub ki, Səudiyyə şirkəti 50 “Boeing 737 MAX” təyyarələri almaq istəyib. Lakin hazırda şirkət fikrindən daşınaraq “Airbus A320” əldə edəcək.

Avropa konserini ilk təyyarələri 2021 ci ildə “Flyadeal” Hava Yolu şirkətinə təhvil verəcək.

Report

Son xəbərlər
Oxşar xəbərlər