9 C
Baku
Thursday, December 12, 2024

Səudiyyə Ərəbistanı xaricdəki idman layihələrinə investisiyaları azaldır

Hazırda idman dünyasında Səudiyyə Ərəbistanı Suveren İnvestisiya Fondundan (PIF) daha nüfuzlu maliyyə oyunçusu yoxdur. Amma indi ölkə beynəlxalq layihələrə investisiyaları azaldır və bütün diqqətini daxili iqtisadiyyata yönəldir.

Səudiyyə Ərəbistanı Suveren İnvestisiya Fondunun (PIF) portfelinə müxtəlif idman növləri üzrə 300-dən çox sponsorluq müqaviləsi daxildir. Səudiyyə Ərəbistanı idman bazarında əsas maliyyə oyunçusuna çevrildikdən sonra 2021-ci ildən 2023-cü ilə qədər olan iki il ərzində qlobal idman sövdələşmələrinə ən azı 6.3 milyard dollar xərcləyib.

PIF-in ümumi kapitalının 930 milyard dollar olduğunu nəzərə alsaq, Yaxın Şərqdən gələn pullar dünya idmanını istehlak etməyə davam edəcəkdi, lakin fondun rəhbəri Yaser Ər-Rumayyan bu məsələdə fərqli fikirdədir. O bildirib ki, PIF beynəlxalq sərmayələri 30%-dən 18-20%-ə endirməyi planlaşdırır.

Buna səbəb səudiyyəlilərin daxili layihələrə daha çox diqqət yetirmək istəyidir. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim edilən sənədlərə görə, PIF-in ABŞ-də satılan səhmlərinin dəyəri 2023-cü ilin sonunda qeydə alınan 35 milyard dollardan martın 31-də 20.5 milyard dollara düşüb, ikinci rübdə isə 20.6 milyard dollar səviyyəsində sabitləşib. Əl-Rumayyan hesab edir ki, maliyyələşmə üçün ona müraciət edən beynəlxalq investorlar yanaşmalarını dəyişməlidilər.

İxtisarın “Nyukasl”ın maliyyələşdirməsinə və PIF-ə məxsus digər yüksək səviyyəli və bahalı beynəlxalq idman layihələrinə təsir edib-etməyəcəyi bilinmir. Səudiyyə Ərəbistanının liderləri və xarici bankirləri israr edirlər ki, PIF Qırmızı dəniz sahilində 500 milyard dollarlıq futuristik şəhər olan “Neom” kimi layihələri irəli sürüb və 2030-cu il Dünya Sərgisi daxil olmaqla bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu bildirib ki, bu da krallığın ambisiyalarının azalmadığını sübut edir.

Son xəbərlər
Digər xəbərlər