“SƏBA” ASC-nin aktivləri ötən il ərzində kiçilib.
Banker.az saytı bildirir ki, bu barədə Şirkətlər Qrupunun açıqladığı 2017-ci ilə aid illik audit hesabatında deyilir.
Hesabata görə, 2017-ci ilin əvvəli ilə müqayisədə aktivləri ilin sonunda 15,1 faiz kiçilərək 30,42 mln. manata düşüb. Azalmanın əsas səbəbkarı uzunmüddətli kapital qoyuşlarının kəskin aaldılmasıdır. Belə ki, ötən il 10 mln. manatdan az olduğu halda bu il 6,5 mln. manat həcminə düşüb.
“SƏBA” ASC-nin cəmi kapitalı da il ərzində 15 faizı kimi kiçilərək 22,33 mln manat həcminə düşüb.
Müsbət göstərici isə qurumun mənfəət/zərərə dair açıqladığı bölmədə görünür. Belə ki, qurum ötən il ərzində satış dövriyyəsini, hesabat dövründən öncəki illə müqayisədə 43,35 faiz artıraraq 69,24 mln manat edib. Məhz bunun nəticəsi olaraq qurumun xərclərinin 2 dəfədən çox artması fonunda qurum 1,17 mln. manatdan çox xalis mənfəət edib. Bildirək ki, ötən il 3,34 mln. manat zərər etmişdi.
Xatırladaq ki, “SƏBA” ticarət nişanı hazırda “SƏBA” ASC, “Biləsuvar Aqro” MMC və “Qarabağ Taxıl” MMC və “ Dəvəçi Broyler Dərin Emal” MMC şirkətlərini birləşdirir.